MOK-un keçmiş baş katibinin vəziyyəti pisləşdi
20 noyabr 2024 962
Milli Olimpiya Komitəsinin (MOK) keçmiş baş katibi Ağacan Abıyevin vəziyyəti pisləşib.
Keçmiş millət vəkili paytaxtda yerləşən xəstəxanaların birində həkim qəbulunda olub, kompleks müayinələrdən keçib.
Ağciyər tənəffüs sistemində problem aşkarlanan Ağacan Abıyevə müalicə yazılıb.
Qeyd edək ki, Ağacan Abıyev uzun illər Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (indiki Azərbaycan İdman Akademiyası) rektoru, Milli Məclisin deputatı və Milli Olimpiya Komitəsinin baş katibi olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı