MOK-un kollektivi Zəfər Parkını ziyarət edib
27 sentyabr 2026 - 18:53 40
27 Sentyabr Anım Günü ilə əlaqədar Milli Olimpiya Komitəsinin kollektivi Zəfər Parkını ziyarət edib.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Zemfira Meftaxetdinova, MOK-un İcraiyyə Komitəsinin üzvləri, Olimpiya çempionları və MOK-un kollektivi Zəfər abidəsi önünə gül dəstələri düzərək, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər.
Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsinin başlandığı gün - 27 sentyabr Anım Günü kimi qeyd edilir. 44 gün ərzində Azərbaycan ordusu dünyaya öz gücünü göstərərək, düşmən üzərində şanlı zəfər qazanmışdır. Anım Günündə Azərbaycan xalqı, bütün dünya azərbaycanlıları Vətənimiz uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini dərin ehtiramla yad edirlər.
Bu qələbəni bizə yaşadan Şəhidlərimizin ruhları qarşısında baş əyirik! Şəhidlərimizi ehtiramla anırıq! Qarabağ Azərbaycandır!
Bənzər xəbərlər
Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezident İlham Əliyevin sosial media hesablarında 27 Sentyabr – Anım ... Ətraflı
Birinci vitse-prezident Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 ... Ətraflı

