MOK-un nümayəndə heyəti AOK-un 45-ci Seminarı və Olimpiya Həmrəyliyi formunda iştirak edir
03 oktyabr 2025 - 13:56 104

Oktyabrın 3-də Maltanın “DoubleTree by Hilton” hotelində Avropa Olimpiya Komitələrinin (AOK) təşkilatçılığı ilə AOK-un 45-ci Seminarı və Olimpiya Həmrəyliyi forumu öz işinə başlayıb.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti xəbər verir ki, forumda ölkəmizi Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, Baş katib Azər Əliyev və MOK-un xarici əlaqələr idarəsinin müdiri Anar Bağırov təmsil edirlər.
Forumun ilk günü 45-ci Avropa Olimpiya Komitələrinin (AOK) seminarı və Olimpiya Həmrəyliyi formunun rəsmi açılış mərasimi ilə başlayıb. Açılışda Malta Milli Olimpiya Komitəsinin prezidenti Yulian Peys Bonello, Avropa Olimpiya Komitələrinin prezidenti Spiros Kapralos, Maltanın təhsil, idman, gənclər, tədqiqat və innovasiya naziri Klifton Qrima, habelə Avropa Komissarı Qlenn Mikallef çıxış ediblər.
Forumda AOK İcraiyyə Komitəsinin iclasları, komissiya sədrləri ilə görüşlər, birgə işçi sessiyaları, 10-cu Qış Piotr Nurowski Avropanın Ən Yaxşı Gənc İdmançısı mükafatının təqdimat mərasimi və AOK və Olimpiya Həmrəyliyi üzrə seminarlar keçirilib.
AOK-un forumu Avropanın gənc idmançılarına dəstək vermək, Olimpiya dəyərlərinin təbliği və beynəlxalq əməkdaşlığın gücləndirilməsi üçün əhəmiyyətli rol oynayır.
Bənzər xəbərlər

Azərbaycan cüdoçuları Perudakı Qran-Prini 7 medalla başa vurublar
Perunun paytaxtı Limada cüdo üzrə Qran-Pri turniri başa çatıb.
Son yarış ... Ətraflı

“Təhlükəsiz idman - hamı üçün” mövzusunda keçirilən kurs iştirakçılarına sertifikatlar təqdim edilib
Oktyabrın 13-də Azərbaycan İdman Akademiyasının akt zalında Milli Olimpiya Komitəsinin ... Ətraflı