MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə: "Bu il Azərbaycan idmanı üçün çox əhəmiyyətlidir"
08 yanvar 2026 - 18:40 531
Bu il Azərbaycan idmanı üçün çox əhəmiyyətlidir.
Bunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə güləş üzrə Azərbaycan çempionatının açılış mərasimində deyib.
O, yarışlara ciddi hazırlaşmağın vacibliyini vurğulayıb:
"Bu il Azərbaycan idmanı üçün çox əhəmiyyətlidir. Los-Anceles-2028” Yay Olimpiya Oyunlarına 3 ildən az vaxt qalıb. Artıq bu ildən lisenziya yarışları başlayır. Ciddi hazırlaşmaq lazımdır. Bu çempionatın fərqi ondan ibarətdir ki, burada müxtəlif növlər üzrə idmançılar yarışır. Bütün idmançılara uğurlar arzulayıram".
Qeyd edək ki, sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatı yanvarın 11-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı