Monzada “McLaren” mexanikləri mövsümün ən sürətli pit-stopunu həyata keçiriblər
09 sentyabr 2025 - 02:56 647
İtaliya Qran-Prisi çərçivəsində Monzada keçirilmiş yarışda mövsümdə üçüncü dəfə ən sürətli pit-stopu “McLaren”in mexanikləri ediblər. Oskar Piastrinin maşınında təkərlərin dəyişdirilməsi 1,91 saniyə çəkib. Bu, mövsümün ən yaxşı nəticəsi və “Formula-1” tarixində vaxt göstəricisinə görə 12-ci pit-stopdur.
İkinci ən sürətli pit-stopu “Ferrari” komandası həyata keçirib, belə ki, Şarl Leklerin maşınına texniki xidmət 2,12 saniyə çəkib. Üçüncü yerdə “Racing Bulls” mexaniklərinin pit-stopu qərarlaşıb – 2,18 saniyə. Daha sonra “Ferrari” (2,19), “Red Bull” (2,19 və 2,21), “Racing Bulls” (2,22) və “Alpine” (2,85) gəlir.
Mövsümdə ən yaxşı pit-stopların sayı:
1. “Ferrari” – 9
2. “McLaren” – 3
3. “Kick-Sauber” – 2
= “Red Bull” – 2
2025 mövsümünün ən sürətli on pit-stopu:
1. “McLaren” – 1,91 (İtaliya, Oskar Piastri)
2. “McLaren” – 1,94 (Macarıstan, Lando Norris) = “McLaren” – 1,94 (Macarıstan, Oskar Piastri)
3. “Red Bull” – 1,97 (Macarıstan, Yuki Tsunoda)
4. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı, Şarl Lekler) = “Ferrari” – 2,00 (Monako, Şarl Lekler)
5. “Ferrari” – 2,04 (İmola, Şarl Lekler) = “Ferrari” – 2,04 (Macarıstan, Şarl Lekler)
6. “Ferrari” – 2,05 (Çin, Şarl Lekler)
7. “Red Bull” – 2,06 (Böyük Britaniya, Yuki Tsunoda)
Komandalar üzrə ən yaxşı pit-stoplar:
1. “McLaren” – 1,91 (İtaliya)
2. “Red Bull” – 1,97 (Macarıstan)
3. “Ferrari” – 2,00 (Səudiyyə Ərəbistanı və Monako)
4. “Racing Bulls” – 2,08 (Çin)
5. “Kick-Sauber” – 2,13 (İspaniya)
6. “Alpine” – 2,15 (İspaniya)
7. “Mercedes” – 2,21 (Böyük Britaniya)
8. “Aston Martin” – 2,37 (Macarıstan)
9. “Haas” – 2,49 (Avstraliya)
10. “Williams” – 2,49 (Macarıstan)
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı