Moskvada 8 medal qazanan komanda Vətənə qayıdıb
19 avqust 2024 771
Rusiyada “Kooperativ idmanın inkişafı Assosiasiyalarının Moskva yay oyunları”nda uğurla çıxış edən Azərbaycanın dövlət qurumlarının əməkdaşlarından ibarət komanda Vətənə qayıdıb.
Onları Heydər Əliyev Beynəlxalq Aeroportunda Gənclər və İdman nazirliyinin nümayəndələri, yaxınları və ailə üzvləri qarşılayıblar.
Moskvada keçirilən yarışda ölkəmizin müxtəlif dövlət qurumlarının əməkdaşlarından ibarət komanda 3 qızıl, 3 gümüş və 2 bürünc medal əldə edib.
Şahmat yarışlarında AZAL-dan Fidan Ağaşıyeva, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən Anar Rəsulov qızıl medallara sahib olublar. Daha bir qızıl medalı isə voleybol yarışlarında ölkəmizi təmsil edən Fövqəladə Hallar Nazirliyinin komandası qazanıb.
Stolüstü tennisçimiz Svetlana Kayumova (SOCAR) ikinci olub. Bu idman növünün qarışıq komanda yarışlarında Əli Bayramov (FHN) və Svetlana Kayumovadan (SOCAR) ibarət cütlük gümüş medala layiq görülüb.
Basketbol yarışlarında A finalında mübarizə aparan kişilərdən ibarət Fövqəladə Hallar Nazirliyi komandası bürünc medal qazanıb. B finalında mübarizə aparan basketbol üzrə qadınlardan ibarət AZAL komandası gümüş, voleybol üzrə qadınlardan ibarət SOCAR komandası isə bürünc medal qazanıblar.
Qeyd edək ki, yarış avqustun 17-18 tarixlərində baş tutub.
Bənzər xəbərlər
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib
Yunan-Roma güləşi üzrə Azərbaycan millisinə yeni baş məşqçi təyin edilib.
Qurumdan verilən ... Ətraflı
Azərbaycanın fiqurlu konkisürənləri Sofiyada bürünc medal qazanıblar
Azərbaycanın fiqurlu konkisürənləri Bolqarıstanın Sofiya şəhərində keçirilən “Sofia Trophy” adlı ... Ətraflı