Murad Əhmədiyev İslam Oyunlarında gümüş medal qazanıb
19 noyabr 2025 - 18:30 589
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olympic.az xəbər verir ki, yunan-Roma güləşi yarışlarında çıxış edən Murad Əhmədiyev (97 kq) gümüş medala sahib çıxıb. Güləşçimiz finalda İran təmsilçisi Mohammadhadi Saraviyə 1:5 hesabı ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov güləş yarışlarını oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 3-də Beynəlxalq Cüdo Federasiyasının ... Ətraflı
İlham Əliyev Beynəlxalq Cüdo Federasiyasının prezidentini "Dostluq" ordeni ilə təltif edib
Beynəlxalq Cüdo Federasiyasının prezidenti Ladislau-Marius Vizer "Dostluq" ordeni ilə təltif ... Ətraflı


