Murad Məmmədov “Paris Olimpiadasında əsas hədəfim qızıl medaldır”
09 may 2024 928
“Yarışa çox yaxşı hazırlaşmışdım. Bunun üçün də Paris-2024-ə lisenziya qazanacağıma inanırdım”.
Bu sözləri Türkiyənin İstanbul şəhərində keçirilən güləş üzrə lisenziya xarakterli Dünya Olimpiya Təsnifat turnirində Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanan yunan-Roma güləşçimiz Murad Məmmədov deyib.
Avropa çempionumuz Paris Olimpiadasında ona olan ümidləri doğrultmağa çalışacağını bildirib. “Həlledici görüşdə hesabda geri düşməyimə baxmayaraq özümə inanırdım. Belə də oldu. Sonda rəqibimə 8:2 hesabı ilə qalib gəldim. Artıq yaş ötdükcə təcrübəm də artır. Paris Olimpiadasında əsas hədəfim qızıl medaldır”, - deyə Murad Məmmədov bildirib.
Qeyd edək ki, 60 kq çəki dərəcəsində mübarizə aparan Murad Məmmədov yarımfinalda rumıniyalı Razvan Arnauta qalib gələrək Paris-2024-ə lisenziya əldə edib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı