Naxçıvanda sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib
07 fevral 2025 477
İlham Əliyev adına Olimpiya İdman Kompleksində yeniyetmələr arasında (2010-2012) "Konstitusiya və Suverenlik İli"nə həsr olunmuş sərbəst güləş üzrə muxtar respublika birinciliyi keçirilib.
Ölkə birinciliyinə seçim xarakteri daşıyan yarışa Naxçıvan şəhəri və bölgələrdən ümumilikdə 81 idmançı qatılıb.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Azərbaycan Güləş Federasiyasının (AGF) birgə təşkilatçılığı ilə baş tutan birincilikdə 10 çəki dərəcəsində mükafatçılar müəyyənləşib.
İlk üç yerin sahibinə diplom və medallar təqdim olunub. Gənclər və idman naziri səlahiyyətlərini icra edən, nazir müavini Məcid Seyidov mükafatlandırma mərasimində iştirak edib.
Yarışda ədalətli idarəçiliyin təmin olunması məqsədilə AGF Hakimlər Kollegiyasının sədri Qərib Əliyev də iştirak edib. Beynəlxalq dərəcəli hakim Əli Babayev yarışın hakimlərindən biri kimi təmsil olunub.
Yarışın nəticələrinə əsasən Hüseyn Əliyev (85 kq), Üzeyir Məmmədli (75 kq), Mətin Cabbarlı (68 kq), Polad Əhmədov (62 kq), Eltun Abuzərli (57 kq), Ramal Rüstəmov (52 kq), Tural Mirzəyev (48 kq), Məcnun Abbasov (44 kq), Əsəd Abidinov (41 kq) və Elşad Əliyev (38 kq) qızıl medala sahib çıxıblar.
Bənzər xəbərlər
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və yeri bəlli olub
Azərbaycanda ilk dəfə keçiriləcək sumo üzrə dünya çempionatının tarixi və ... Ətraflı
Olimpiadanın açılış mərasimində çıxış edəcək müğənni müəyyənləşib
Amerikanın pop müğənnisi Meray Kerri Milano Kortino de Ampetzo - ... Ətraflı