Naxçıvanlı güləşçilər Türkiyədə keçirilən “Ani Cup” turnirində 17 qızıl medal qazanıblar
17 avqust 2025 - 15:21 589
Türkiyənin Qars şəhərində Ani şəhərinin fəthinin ildönümünə həsr olunmuş “Ani Cup” adlı güləş turniri keçirilib.
Yarışda Türkiyə, Azərbaycan və İrandan ümumilikdə 8 komanda tərkibində 150-dən çox idmançı mübarizə aparıb.
Turnirdə Azərbaycanı baş məşqçi Faiq İsgəndərovun rəhbəliyi ilə 23 idmançıdan ibarət Naxçıvan yığma komandası təmsil edib. Məşqçilər Orxan Əsgərov, Barı Əliyev, həmçinin hakim qismində Nihad Muradov da turnirdə iştirak ediblər.
Güləşçilərimiz turnirdə uğurla çıxış edərək ümummilikdə 31 medal qazanmağa müvəffəq olublar. Sərbəst güləşdə 14 qızıl, 4 gümüş və 3 bürünc, yunan-Roma güləşində isə 3 qızıl, 5 gümüş və 2 bürünc medal qazanılıb.
Bundan başqa, 12-13 yaş qrupu üzrə həm sərbəst güləş, həm də yunan-Roma güləşində komanda hesabında birincilik əldə olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı