Nazir Regionlararası Afrika Nazirlər Toplantısında iştirak edib
22 yanvar 2025 885
Gənclər və idman naziri Fərid Qayıbov İdmanda Dopinqə Qarşı Beynəlxalq Konvensiyaya Tərəf Ölkələrin 9-cu Konfransının (COP9) növbəti Bürosunun vitse-prezidenti olaraq Qambiyada səfər edib.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Fərid Qayıbov səfər çərçivəsində Qambiyanın paytaxtı Banjulda keçirilən Regionlararası Afrika Nazirlər Toplantısında iştirak edib.
Nazir, həmçinin müvafiq yüksəksəviyyəli paneldə çıxış edərək, regionlararası əməkdaşlığın gücləndirilməsində idman idarəçiliyinin və dövlət dəstəyinin əhəmiyyətindən danışıb.
Tədbir iştirakçılarını Qambiya Prezidenti Adama Barrou qəbul edib. Fərid Qayıbov, həmçinin Qambiyanın gənclər və idman naziri Bakar Bodji ilə də ikitərəfli görüş keçirib. Görüşdə iki ölkə arasında gənclər və idman sahəsində imzalanmış anlaşma memorandumunun icrası çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı