“Neftçi” İdman Klubu kadetlər arasında boks yarışında zirvəyə yüksəldi
27 aprel 2025 998
Boks üzrə kadetlər arasında zona birinciliklərinin final mərhələsi başa çatıb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, ölkənin müxtəlif şəhər və rayonlarının klublarını, həmçinin idman cəmiyyətlərini təmsil edən yarışda 50 komandanın 153 idmançısı qüvvəsini sınayıb. 5 gün davam edən turnirin son günündə 17 çəki dərəcəsi üzrə çempion və medalçılar müəyyənləşib.
Turnirin komanda hesabında “Neftçi” İdman Klubu 4 qızıl, 1 gümüş və 3 bürünc medalla birinci yeri tutub. İkinci pilləyə Gəncə (2-2-0) yiyələnib. Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİTA İB, 2-0-1) isə üçüncü olub.
Final mərhələsində ən yaxşı boksçu adına Nurlan Yusifli (Ağdaş) layiq görülüb. Ən yaxşı hakim isə Yovana Uqrenoviç (Serbiya) seçilib.
Yarış çərçivəsində məktəbli qızların da seçmə turniri təşkil olunub və 8 çəkidə ən güclülərin adları dəqiqləşib.
Qeyd edək ki, mükafatçılar yığmanın heyətinə cəlb olunacaq və beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcəklər.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı