Nihad Süleymanlı: “Gümüş medalı daha möhtəbər yarışlarda qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm”
07 noyabr 2026 - 23:50 20
Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin IV Yay Olimpiya Oyunlarında çimərlik güləşi üzrə yarışlarda gümüş medal qazanan Nihad Süleymanlı çıxış etdiyi yarışın yekunları ilə bağlı təəssüratlarını bölüşüb və gələcək hədəflərini açıqlayıb.
Gərgin mübarizə şəraitində keçən yarışda gümüş medal qazanan idmançı, yarışın ümumilikdə uğurlu olduğunu bildirib:
“Şükürlər olsun ki, gümüş medal qazandım. Bu nəticə qızıl medal da ola bilərdi, lakin təəssüf ki, bir anlıq səhv səbəbindən ikinci yeri tutdum. Lakin bu son deyil. Qarşıda bizi daha mötəbər yarışlar gözləyir və inşallah bu gümüşü qızıla çevirmək üçün əlimdən gələni edəcəyəm”.
Rəqibi ilə mübarizəyə də toxunan Nihad Süleymanlı idmanda hər bir nəticənin böyük təcrübə olduğunu vurğulayıb:
“Bakıda keçirilən Dünya çempionatında mən çempion olarkən rəqibim ilk üçlüyə belə düşə bilməmişdi. Bu dəfə isə bir anlıq səhv və rəqibin günündə olması nəticəyə təsir etdi. Hər bir yarışdan dərs çıxarmaq lazımdır. İnşallah, növbəti turnirlərdə hər şey daha da yaxşı olacaq”.
İdmançı gələcək beynəlxalq turnirlərdə ölkəmizi daha yüksək səviyyədə təmsil etmək üçün hazırlıqlarını aramsız davam etdirəcəyini qeyd edib.
Bənzər xəbərlər
Prezident İlham Əliyev Xankəndi Stadionunun açılışında iştirak edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Xankəndi Stadionunun əsaslı ... Ətraflı
Bacı-qardaş Dünya çempionatında gümüş medal qazandı
Çinin Nankin şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Dünya ... Ətraflı