Nizami İmranov dünya çempionatına qələbə ilə başlayıb
05 oktyabr 2026 - 10:35 158
Azərbaycan cüdoçusu Nizami İmranov Bakıda keçirilən dünya çempionatına qələbə ilə başlayıb.
66 kq çəki dərəcəsində çıxış edən idmançı 1/32 finalda Gürcüstan təmsilçisi Vaja Marqvelaşvili ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn N.İmranov növbəti mərhələyə vəsiqə qazanıb. O, 1/16 finalda rusiyalı Ramazan Abdullayevlə görüşəcək.
Eyni çəkidə Turan Bayramov Finlandiyadan olan Lukas Sahaya uduzub.
Bu gün Gültac Məmmədəliyeva (52 kq) və Ruslan Paşayev (66 kq) də tatamiyə çıxacaqlar.
Xatırladaq ki, yarışın ilk günündə Azərbaycan millisinin üzvü Əhməd Yusifov (60 kq) qızıl medal qazanıb. Bu, Azərbaycan cüdo tarixində böyüklər arasında dünya çempionatlarında qazanılan dördüncü qızıl medal, 60 kq çəki dərəcəsində isə ilk dünya çempionluğudur.
Milli Gimnastika Arenasında təşkil olunan mundial oktyabrın 11-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı