Norris Monako Qran-prisinin qalibi olub
25 may 2025 791
"McLaren" komandasının pilotu Lando Norris "Formula 1" üzrə Monako Qran-prisinin qalibi olub.
İkinci yerdə "Ferrari"dən monakolu Şarl Lekler finiş xəttini keçib. İlk "üçlüy"ü "McLaren"də çıxış edən avstraliyalı Oskar Piastri tamamlayıb.
Piastri pilotların sıralamasında liderliyi davam etdirir (161 xal). "Üçlük"də Norris (158) və niderlandlı Maks Ferstappen (136) də yer alır. "McLaren" Konstruktorlar Kubokunda birinci yeri tutur (319). Liderin əsas təqibçiləri "Mercedes" (147), "Red Bull" (143) və "Ferrari"dir (142).
Növbəti mərhələ 30 may - 1 iyun tarixlərində Barselonada keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı