Norveçli xizəkçi estafetdə də çempion oldu
16 fevral 2026 - 15:21 262
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında kişilər arasında xizəksürmə estafeti də başa çatıb.
Norveç millisi yarışı 1:04:24.5 saniyə ilə qalib kimi tamamlayıb. Komandanın heyətində Emil İversen, Martin Lövström Nyenget, Einar Hedegart və Yohannes Klebo yer alıb. Gümüş medalları qaliblərdən 22 saniyə geridə qalan fransalı xizəkçilər qazanıblar. Bürünc medallar isə italyalılara (47.9 saniyə) qismət olub.
Qeyd edək ki, estafetdə qələbə qazanan norveçli Yohannes Klebo doqquzuncu çempionluğunu qeyd edib. O, qazanılan Olimpiya qızıl medallarının sayına görə həmyerliləri Björn Daehlie və Marit Björgen, eləcə də biatlonçu Ole Einar Björndaleni qabaqlayıb. Hər üç idmançının aktivində səkkiz qızıl medal var.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı