Norveçli xizəkçi yalnız medal sayına görə üzgüçü Maykl Felpsdən geri qalacaq
18 fevral 2026 - 16:38 161
Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında iştirak edən norveçli xizəkçi Yohannes Klebo növbəti dəfə Olimpiya çempionu tituluna yiyələnib.
Eynar Hadeqartla komanda spritində iştirak edən Klebo Qış Olimpiadası tarixində 10-cu qızıl medalı əldə edib. Buna qədər o, skeatlon, fərdi sprint, fərdi zaman sınağı və estafet yarışlarında fərqlənib. Yohannes Klebo 29 yaşında Qış Oyunlarında qazandığı qızıl medalların sayına görə öz rekordunu yeniləyib. O, həm yay, həm də Qış Olimpiya Oyunları tarixində qızıl medalların ümumi sayına görə ikinci yerə yüksəlib. Belə ki, o, karyeraları ərzində 9 medal qazanmış Larisa Latınina (SSRİ, bədii gimnastika), Keti Ledeki (ABŞ, üzgüçülük), Paavo Nurmi (Finlandiya, atletika), Mark Spitz (ABŞ, üzgüçülük), Karl Lyuis (ABŞ, atletika) və Kaeleb Dresseli (ABŞ, üzgüçülük) geridə qoyub. Klebo Olimpiya Oyunlarında qazanılan çempionluğa görə amerikalı üzgüçü Maykl Felpsdən (23 Olimpiya çempionluğu) geri qalır.
Məlumat üçün bildirək ki, norveçli xizəkçinin XXV Qış Olimpiadasında daha bir qızıl medal qazanmaq şansı var. Fevralın 21-də keçiriləcək həmin yarışda Klebo 50 kilometrlik klassik kütləvi startda iştirak edəcək.
Bənzər xəbərlər
Azərbaycanlı stolüstü tennisçi "Ginnesin Rekordlar Kitabı"na düşüb
Stolüstü tennisçi Nihad Məmmədov adını "Ginnesin Rekordlar Kitabı"na yazdırıb.
Seçmə komandamızın ... Ətraflı
Azərbayan gimnastları Avropa çempionatında tarix yazıblar
Portuqaliyanın Portimao şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə Avropa ... Ətraflı