Nuranə Hacızadə: "Festivalda medal əldə edən idmançılarımız sırasında mənim də adım olacaq"
23 iyul 2025 - 20:38 433
“Görüşlər çox gərgin keçdi. Finala qədər bütün qüvvəmi qorudum. Lakin qızıl medal şansını əldən verdim”.
Bu sözləri müsahibəsində Skopye-2025-in cüdo yarışlarının gümüş medalçısı Nuranə Hacızadə deyib.
-48 kq çəki dərəcəsində mükafatçılar sırasında yer alan idmançı gümüş medala görə təəssüf hisslərini də gizlətməyib.
“Əlbəttə, Vətənə qızıl medalla qayıtmaq daha yaxşı olardı. Təəssüf ki, belə bir imkanı qaçırdım. Əsas odur ki, festivalda medal əldə edən idmançılarımız sırasında mənim də adım olacaq. Əldə etdiyim mükafatı yüksək qiymətləndirirəm. Bu hələ son deyil, özümü daha mötəbər yarışlarda sınayıb, çempion tituluna yiyələnəcəyəm”, - deyə Nuranə Hacızadə bildirib.
Qeyd edək ki, Nuranə Hacızadə finalda Fransa təmsilçisi Selin İddira məğlub olaraq ikinci yeri tutub.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Xocalı soyqırımının 34-cü ildönümü ... Ətraflı
Gözlənilməz görüş
Dünənlər yaşanmışlardı, sabahlar – yaşanılacaqlar. Dünənlər həm tarixdi, həm də ... Ətraflı