Nuray Əbilova “Medal qazanacağımı gözləyirdim”
08 noyabr 2025 - 16:40 808
"Medal qazanacağımı gözləyirdim. Bir az çətin oldu, amma mən bunu bacardım".
Olympic.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 3 bürünc medal qazanan Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova (48 kq) müsahibəsində deyib.
Federasiya rəhbərliyinə təşəkkürünü bildirən idmançımız gələcək kariyerasında dünya, Avropa və Olimpiya çempionu olmaq istədiyini bildirib: “Başda anama mənə göstərdiyi böyük dəstəyə görə minnnətdarlığmı bildirirəm. Yarış çox yaxşı keçdi. İnanıram ki, bundan da yaxşı nəticələr qazanacağıq”.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı

