Nurəddin Novruzov dünya çempionatının bürünc medalını qazandı
14 sentyabr 2025 - 21:23 808
Azərbaycan sərbəst güləşçisi Nurəddin Novruzov (61 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında bürünc medal qazanıb.
Üçüncü yer uğrunda görüşdə Novruzov koreyalı Kum Hyuk Kim üzərində inamlı qələbə qazanaraq rəqibini 6:0 hesabı ilə məğlub edib. Bu, Azərbaycan güləşçilərinin cari mundialdakı ilk medalıdır.
Bundan əlavə, 86 kq çəki dərəcəsində Arseniy Cioyev fransalı Rahim Maqomedovla bürünc medal uğrunda qarşılaşacaq. Ağır çəkililər arasında (125 kq) isə Giorgi Meşvili finalda iranlı Amir Hüseyn Zare ilə qızıl medal uğrunda güləşəcək.
Qeyd edək ki, digər azərbaycanlı güləşçi Osman Nurməhəmmədov (92 kq) finala yüksələ bilməyib və sabah bürünc medal uğrunda mübarizə aparacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı