Nyu-Yorkda 28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimiz arasında voleybol çempionatı keçirilib
30 may 2024 976
ABŞ-ın Nyu-York şəhərində 28 May – Müstəqillik Günü münasibətilə həmvətənlərimizdən ibarət həvəskar komandaların yarışdığı "Nyu-York-Bruklin" voleybol çempionatı keçirilib.
Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan idman yarışında beş komanda (Nyu Cersi, Nyu-York, Pensilvaniya, Nyu-York- Bruklin və Boston) iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışda "Nyu-York-Bruklin" komandası çempion adını qazanıb. Çempion komandaya diplom və hədiyyələr təqdim olunub.
Bu cür idman tədbirlərinin əhəmiyyətindən danışan Assosiasiyanın sədri Elgün Xanoğlanlı xalqımızın şərəfli müstəqillik tarixindən və qədim dövlətçilik ənənəsindən də bəhs edib. O, Amerikada yaşayan azərbaycanlı gənclərin müxtəlif peşə sahələrində, eləcə də idmanda ölkəmizi layiqincə təmsil etdiklərini deyib. E. Xanoğlanlı rəhbərlik etdiyi assosiasiya tərəfindən təşkil olunan idman yarışlarının yerli ictimaiyyətin diqqətini çəkdiyini və bu görüşlərin mütəmadi keçiriləcəyini bildirib.
Görüşdə iştirak edən idmançılar öz güclərini ipdartma yarışında da sınayıblar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı