Xəbərlər

Olimpiya çempionları Bakıda yeni istifadəyə verilmiş ağırlıqqaldırma bazasında məşq ediblər

12 yanvar 2024 166

Ağırlıqqaldırma üzrə Azərbaycan və Özbəkistan yığmalarının “ASK Arena"da yeni istifadəyə verilmiş bazada məşqi olub.

 

Hazırlıq prosesində Azərbaycan millisindən 1, Özbəkistan seçməsindən isə 14 idmançı iştirak edib.

 

Özbəkistanlı ağırlıqqaldıranlar arasında Olimpiya çempionları Ruslan Nurudinov və Əkbər Curayev də var.

 

Hazırlıq prosesini Azərbaycan Ağırlıqqaldırma Federasiyasının prezidenti Kamran Nəbizadə və qurumun vitse-prezidenti Firdovsi Umudov yaxından izləyiblər. 

 

Toplanışın təşkilində məqsəd fevralın 12-20-də Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək Avropa çempionatına, həmçinin digər beynəlxalq yarışlara daha yaxşı hazırlaşmaq, idmançıların hazırlıq səviyyəsini yüksəltməkdir.

 

Qeyd edək ki, təlim-məşq toplanışı fevralın 4-dək davam edəcək.