Olimpiya çempionlarımız Vətənə geri dönür!
02 avqust 2024 1667
Paris 2024 Yay Olimpiya Oyunlarında tarixi qələbə qazanan cüdoçularımız Vətənə qayıdırlar.
Bütün cüdosevərləri tarixi zəfərdən dönən idmançılarımızı 4 avqust saat 5:15-də Heydər Əliyev Beynəlxalq Hava Limanınında qarşılamağa dəvət edirik.
İdman ictimaiyyətinin nümayəndələri, idmançıların yaxınları, jurnalistlər və və azarkeşlər çempionlarımızı qarşılamaq üçün gələ bilərlər.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Hidayət Heydərov (-73 kq.) və Zelim Kotsoyev (-100 kq.) Paris 2024 Yay Olimpiya Oyunlarında qızıl medal qazanıblar. Azərbaycan cüdo üzrə yarışlarda 2 qızıl medal qazanaraq ümumi hesabda və kişilər arasında ikinci yeri tutub.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı