Olimpiya çempionu federasiya prezidenti seçilib
26 sentyabr 2024 1505
ABŞ Voleybol Federasiyasına yeni prezidenti seçilib. 2013-cü ildən etibarən kişilərdən ibarət milli komandaya rəhbərlik edən Con Sperou bu vəzifəyə təyin olunub. Onun bu vəzifəsi ilə məşqçilik fəaliyyətinin paralel davam edəcəyi hələki məlum deyil.
“Mənim ABŞ komandası yolum 1997-ci ildə Dünya Universitet Oyunları zamanı kəsişib. Həmin vaxt köməkçi məşqçi kimi fəaliyyət göstərirdim. İndi mənə ABŞ Voleybol Federasiyasına rəhbərlik etmək tapşırığı verilib. Bu böyük şərəfdir”, - deyə o, yerli federasiyanın rəsmi saytına verdiyi müsahibədə bildirib. Məlumat üçün bildirək ki, Con Sperounun rəhbərliyi altında ABŞ-ın kişilərdən ibarət komandası Rio-2016 və Paris-2024 Olimpiadasında, eləcə də 2015-ci il Dünya Kubokunda bürünc medallar qazanıb. Bundan başqa, o, 2008-ci il Pekin Olimpiadasında amerikalıların qələbəsində baş məşqçinin köməkçisi kimi pay sahibi olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı