Olimpiya çempionu vətəninə qayıtmaq istəyir
24 oktyabr 2024 1037
Sidney-2000 Yay Olimpiya Oyunlarının suyatullanma üzrə rusiyalı qalibi Yuliya Paxalina 20 ildən sonra öz vətəninə qayıtmaq istəyir. Uzun müddət ABŞ-da yaşayan idmançı bu barədə TASS agentliyinə aıqlama verib.
“Mən Moskvaya köçmək istəyirəm. Doğma şəhərim və vətənimlə bağlı çox darıxmışam. ABŞ mənim yaşadığım yerdir. Özümü indi yaşadığım ölkəyə aid hiss etmirəm”, - deyə Paxalina bildirib.
Məlumat üçün bildirək ki, 47 yaşlı Olimpiya çempionunun medal kolleksiyasında üç gümüş və bir bürünc medalı var. Onun adı ABŞ-da Beynəlxalq Üzgüçülük Şöhrət Zalına daxil edilib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı