Xəbərlər

Olimpiya çempionu Zemfira Meftehetdinova gənclərin suallarını cavablandırıb

28 sentyabr 2022 660

“Azərbaycanın Olimpiya Odisseyası” layihəsi çərçivəsində sonuncu tədbir Sumqayıt şəhərində baş tutdu. Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşdırılan bu layihə sayəsində yeniyetmə və gənclər Azərbaycanın Olimpiya Odisseyasının qəhrəmanlarını tanımaq imkanı əldə ediиlər. Sumqayıt Rayon İcra Hakimiyyəti başcısnın birinci müavini Teymur  Səmədov  Sumqyaıtda idman sahəsində əldə olunan yeniliklər haqda tədbir iştirakçılarına məlumat verib. MOK-un Marketinq Şöbəsinin  müdirii Səkinə Vəliyeva  Milli Olimpiya Komitəsinin 30 illik yubileyi çərçivəsində reallaşan  Azərbaycanın Olimpiya Odisseyası layihəsinin keçirilməsinin məqsədləri haqda danışıb. MOK-un vitse prezidenti Olimpiya çempionu, Zemfira Meftəhətdinova MOK-un 30 illik yubileyinə həsr olunan xüsusi hədiyyəni Sumqayıt Rayon İcra Hakimiyyətinin birinci müavini Teymur Səmədova təqdim edib. Daha sonra Sidney-2000 Yay Olimpiya Oyunlarında stend atıcılığı üzrə Olimpiya çempionu Zemfira Meftəhətdinovaya həsr olunan “İlk qızıl” filmi  izlənilib. Olimpiya çempionu görüş iştirakçılarınn çoxsaylı suallarını cavablandırıb. Sumqayıt şəhər Heydər Əliyev Mərkəzində keçirilən görüşün sonunda idman könüllülərinə Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin  sertifikatları təqdim olunub. Layihə MOK-un, Milli Olimpiya Akademiyasının və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin  birgə təşkilatçılığı ilə həyata keçirilir.