Olimpiya mükafatçımız İslam Oyunlarında gümüş medal qazanıb
18 noyabr 2025 - 19:03 455
Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olympic.az xəbər verir ki, yunan-Roma güləşi yarışlarında çıxış edən Həsrət Cəfərov (67 kq) gümüş medala sahib çıxıb. Olimpiya mükafatçımız finalda İran təmsilçisi Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə güləş yarışlarını oyunların keçirildiyi arenada izləyib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
