Olimpiya mükafatçımız İslam Oyunlarını gümüş medalla başa vurdu
09 noyabr 2025 - 19:10 521
Azərbaycan cüdoçusu Zelim Kotsoye Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən cüdo yarışlarında gümüş medal qazanıb.
Olympic.az xəbər verir ki, -100 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz həlledici görüşdə misirli Omar Elramliyə məğlub olub.
Qeyd edək ki, final oyununu Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov da izləyib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı






