Olimpiya mükafatçımız Paris-2024-ə qələbə ilə başladı
28 iyul 2024 835
Bu gün Paris-2024 Yay Oyunları çərçivəsində keçirilən boks yarışlarına start verilib.
Azərbaycan komandasının üzvü, Tokio-2020 Yay Olimpiya Oyunlarının bürünc medalçısı Alfonso Dominqes (92 kq) də Oyunlarda ilk görüşünə çıxıb. Mübarizəyə 1/8 final mərhələsindən başlayan dünya çempionumuzun ilk rəqibi ikiqat Olimpiya çempionu olan kubalı Xulio Sesar la Krus olub. Görüşü qələbə ilə başa vuran boksçumuz 1/4 finala vəsiqə qazanıb.
Boks yarışlarını Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva və MOK-un baş katibi Azər Əliyev izləyib.
Avqustun 11-dək davam edəcək Paris-2024-ün boks yarışlarında Azərbaycan komandası beş idmançı ilə təmsil olunur.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı











