Olimpiya mükafatçısı «sui-qəsdçi» obrazında
23 sentyabr 2024 835
Atıcılıq üzrə Paris-2024 Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı, koreyalı Kim Ye Ji film sahəsində debüt edib. «Agence France-Presse»nin məlumatına görə, Cənubi Koreyadan olan 32 yaşlı idmançı məşhur hind aktrisası Anuşka Senin də rol aldığı “Crush” mini-serialında sui-qəsdçi obrazını canlandıracaq.
Məlumat üçün bildirək ki, Kim Ye Ji Paris Oyunlarında 10 metrdən pnevmatik tapança ilə atəşaçmada gümüş medal qazanıb. O, eyni zamanda 25 metr məsafəyə atıcılıqda da dünya rekordu vurub.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı