Oliver Berman: Azərbaycan Qran-Prisinin karyeramda xüsusi yeri var
12 sentyabr 2024 893
"Azərbaycan Qran-Prisinin karyeramda xüsusi yeri var. Burada 20 pilotdan biri olmaq böyük şansdır".
Bu sözləri "Haas" komandasının pilotu Oliver Berman Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisindən öncə təşkil olunmuş mətbuat konfransında deyib.
Niderlandlı Kevin Maqnusseni əvəzləyəcək 19 yaşlı britaniyalı sürücü məsuliyyət hiss etdiyini vurğulayıb: "Komandam məndə potensial gördü. Əlbəttə ki, çox çalışmışam. Buna görə də mənə ümidlər böyükdür. Bu, mənim Bakıdakı ilk yarışım olmayacaq. Düşünürəm ki, risk almaq lazımdır. Bunu etməsəm, gücümü göstərə bilməyəcəyəm".
O.Berman Azərbaycan Qran-Prisinin onun üçün böyük təcrübə olacağını bildirib: "Yarışdan-yarışa təcrübəmin artdığını hiss edirəm. Nəticədən asılı olmayaraq, hər andan həzz almağa çalışacağam".
Qeyd edək ki, Azərbaycan Qran-Prisi sentyabrın 13-15-də keçiriləcək.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı