Ölkə birinciliyi başa çatdı
03 may 2025 670
Stolüstü tennis üzrə ölkə birinciliyinə yekun vurulub.
Azərbaycan Stolüstü Tennis Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, "Şüa" idman kompleksində keçirilən yarışda U-19 və U-15 yaş qrupları üzrə idmançılar bacarıqlarını nümayiş etdiriblər. Aprelin 30-da start verilən birincilikdə komanda, qoşa, qarışıq-qoşa və şəxsi mübarizədə qaliblər müəyyənləşib. Nəticələrə əsasən, 19 yaşadək qızların komanda turniri Sumqayıt-1 kollektivinin qələbəsi ilə başa çatıb. Oğlanların yarışında isə baş mükafata Bakı-1 komandası layiq görulüb.
U-15 yaş dərəcəsində qızların mübarizəsi Sumqayıt-1, oğlanların yarışı Şabran komandasının qələbəsi ilə nəticələnib.
U19 yaş qrupunda mübarizə aparan qızların qoşa yarışında Mərziyyə Nurmətova ilə Aylin Əsgərova birinci olub.
Oğlanların turnirində Adil Əhmədzadə-Rüstəm Hacılı tandemi bütün rəqiblərini üstələyib.
Qarışıq-qoşa mübarizəsində Adil Əhmədzadə ilə Nigar Mahmudova birinci yer tutub.
Şəxsi yarışlarda isə Mərziyyə Nurmətova və Adil Əhmədzadə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
U15 yaş dərəcəsində qoşa yarışlarından Yağmur Məmmədli – Xədicə Eylazova və Onur Quluzadə - Əliəkbər Mirzəliyev dueti qalib ayrılıb.
Qarışıq-qoşa turnirdə Onur Quluzadə ilə Yağmur Məmmədli qələbə qazanıb.
Yağmur Məmmədli ilə Onur Quluzadə şəxsi yarışların da qalibi adını qazanıb.
Fərqlənən idmançılara Azərbaycan Gənclər və İdman Nazirliyinin diplom və medalları, Azərbaycan Stolüstü Tennis Federasiyasının mükafatları təqdim olunub.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı