Ölkənin ilk cüdo məşqçilərindən biri Əziz-Ağa Əhmədov vəfat etdi
08 mart 2026 - 21:30 34
Azərbaycan cüdo ictimaiyyətinə ağır itki üz verib.
Ölkənin ilk cüdo məşqçilərindən biri, yığma komandanın ilk məşqçiləri sırasında yer alan Əziz-Ağa Ata-Baba oğlu Əhmədov (11.09.1946 – 06.03.2026) vəfat edib.
Uzun illər gənc idmançıların yetişməsində böyük xidmətləri olan Əziz-Ağa müəllimin yetirmələri arasında cüdo üzrə dəfələrlə dünya və Avropa mükafatçısı, sambo üzrə 4 qat dünya və 5 qat Avropa çempionu, əməkdar idman ustası Natiq Bağırov, dəfələrlə Azərbaycan və ümumittifaq turnirlərinin qalibləri İsmət İskəndərov, Asif və Arif Yusifovlar, Arif Qasımov, Azərbaycanın əməkdar məşqçiləri Ruzbeh və Rauf Vəliyevlər, Etibar Bağırov, Azərbaycanın əməkdar rəssamı Müseyib Əmirov, Avropa çempionatının gümüş mükafatçısı Tərlan Poladov, VIII SSRİ Xalqlarının Spartakiadasının mükafatçısı İlham Cəfərov, İrsil Xaimov, Əkbər Kərimov, Anatoliy Kaxaneviç, Mirəli Seyidov və yüzlərlə idmançı yer alır.
Bənzər xəbərlər
Birinci vitse-prezident Mehriban Əliyeva Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarını təbrik edib
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva 8 Mart - Beynəlxalq ... Ətraflı
Milli Olimpiya Komitəsində qadın idman veteranları üçün bayram tədbiri keçirilib
8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Milli Olimpiya Komitəsinin ... Ətraflı