Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07 oktyabr 2026 - 20:30 12
"Bakıda keçirilən dünya çempionatında bürünc medal qazandığım üçün çox xoşbəxtəm"
Bu sözləri cüdo üzrə dünya çempionatında -81 kq çəki dərəcəsində üçüncü yeri tutan Ömər Rəcəbli jurnalistlərə müsahibəsində deyib.
O, 25 il sonra atasının uğurunu təkrarladığı üçün qələbəsini də məhz atasına həsr etdiyini qeyd edib.
"2001-ci ildə atam Elxan Rəcəbli Münhendəki dünya çempionatında -81 kq çəki dərəcəsində bürünc medal qazanmışdı. 25 il sonra eyni uğuru təkrar etmək, məncə, böyük bir işdir. Bu medal mənim üçün böyük bir təcrübə və stimul olacaq. Atam hər zaman yanımdadır. O olmasa, bəlkə də bu gün bu pillədə ola bilməzdim. Qalib gələndə də, məğlub olanda da həmişə atam yanımda olur. Bu səbəbdən də qazandığım medalı atama həsr edirəm", - deyə Ömər Rəcəbli qeyd edib.
Dünya çempionatında əsas hədəfinin qızıl medal olduğunu deyən cüdoçu bürünc mükafatın da karyerasında ən böyük uğur olduğunu bildirib.
"Böyüklər arasında dünya çempionatında ilk dəfə idi ki, medala sahib olurdum. Bu tilsimi qırdım, çünki əsas yarışlarda medal qazana bilmirdim. Bundan sonra məncə, hər bir yarış üçün bu uğur böyük təcrübə olacaq"-, deyə dünya çempionatının bürünc medalçısı bildirib.
Bənzər xəbərlər
Dünya çempionatı: Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır
Azərbaycanın daha dörd cüdoçusu Bakıda keçirilən dünya çempionatında bu gün ... Ətraflı
Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb
Azərbaycan cüdoçusu Südabə Ağayeva Bakıda keçirilən dünya çempionatında mübarizəni dayandırıb.
Milli ... Ətraflı