«Onun adından nəsə demək məsuliyyət tələb edir»
06 mart 2025 535
Boks üzrə ağır çəkidə keçmiş ukraynalı dünya çempionu Vladimir Kliçkonun peşəkar rinqə qayıtmaq ehtimalı var. Onun meneceri Tom Loeffler bu barədə şayiələri təsdiqləyib. “Vladimir tarixi idmançıdır. Onun adından nəsə demək məsuliyyət tələb edir. Başa düşdüyüm qədər o, yenidən rinqə qayıdacaq. Kim buna qadirdirsə, Vladimir onu gözləyəcək.
Entoni Coşua, Tayson Fyuri ilə revanşlar… Qərar Vladimirdən asılıdır”, - “The Ring” Lofflerin sözlərinə istinad edib.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı