Orxan Həbibliyə dünya çempionatının bürünc medalı təqdim edilib
28 iyul 2026 - 19:41 643
Bakıda təşkil olunan U-17 dünya çempionatında bürünc medal qazanan Azərbaycanın yunan-Roma güləşçisi Orxan Həbibli (65 kq) mükafatlandırılıb.
Fəxri kürsünün üçüncü pilləsinə qalxan idmançı bürünc medala sahib çıxıb.
Bundan başqa, Şamil Labazanov (Rusiya) qızıl, İbrahim Nəsibov (Ukrayna) gümüş, İmre Yuhas (Macarıstan) bürünc medal alıb.
Mükafatları Dünya Güləş Birliyinin (UWW) vitse-prezidenti Rodika Mariya və Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Namiq Abdullayev təqdim ediblər.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı