Paracüdoçularımızdan uğurlu çıxış
26 may 2021 1464
Bakıda paracüdo üzrə Qran-Pri turniri keçirilib. Beynəlxalq yarışda Azərbaycan komandası uğurla çıxış edərək 9 medal qazanıb. Belə ki, Namiq Abbaslı (66 kq), Sevda Vəliyeva (57 kq), Xanım Hüseynova (63 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal əldə ediblər.
Zülfiyə Hüseynova (70 kq) və Hüseyn Rəhimli (81 kq) yalnız finalda uduzaraq ikinci yerə sahib olublar. Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq), Bəsti Səfərova (52 kq) və Afaq Sultanova (57 kq) isə üçüncü yeri tutublar.
Bu nəticə ilə komandamız ümumi hesabda birinci yeri tutub. Özbəkistan yığması 2 qızıl, 5 gümüş, 3 bürünc medalla ikinci, Braziliya paracüdoçuları 2 qızıl, 2 bürünc medalla üçüncü yerdə qərarlaşıblar.
Qeyd edək ki, on səkkiz cüdoçumuzun mübarizə apardığı Qran-Pridə ümumilikdə 38 ölkədən 187 idmançı medallar uğrunda yarışıb. “IBSA Judo Grand-Prix Baku 2021” adlı turnir Tokio Yay Paralimpiya Oyunlarına reytinq xalları baxımından önəmli olub.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı