Paralimpiya Oyunlarının iştirakçıları Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər
11 sentyabr 2024 901
Paris-2024 Yay Paralimpiya Oyunlarında iştirak etmiş Azərbaycan nümayəndə heyəti Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət ediblər.
Onların arasında Milli Paralimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin rəsmiləri, eləcə də Oyunların qızıl, gümüş və bürünc mükafatçıları olublar.
Əvvəlcə Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə gül və əklil qoyulub.
Sonra nümayəndə heyəti Şəhidlər xiyabanı ziyarət edib. Onlar Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş qəhrəman Vətən övladlarının əziz xatirəsini yad edib, məzarları üzərinə güllər düzüb, “Əbədi məşəl" abidəsinin önünə əklil qoyublar.
Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunlarında 7 idman növü üzrə 18 idmançı ilə təmsil olunan Azərbaycan 4 qızıl, 2 gümüş və 5 bürünc olmaqla ümumilikdə 11 medal qazanıb. Ölkəmiz medal sıralamasında 169 ölkə arasında 28-ci yeri tutub.
Bənzər xəbərlər
Avropa Kuboku: Azərbaycan atıcısı ikinci qızıl medalını qazanıb
Azərbaycan atıcılıq millisinin üzvü Ruslan Lunyov Estoniyanın Manniku şəhərində keçirilən ... Ətraflı
Azərbaycan gimnastları beynəlxalq turniri 12 medalla başa vurublar
Portuqaliyanın Santarem şəhərində batut gimnastikası və tamblinq üzrə ənənəvi SCALABISCUP ... Ətraflı





