Parataekvondoçumuz Avropa çempionatında gümüş medal qazanıb
13 may 2026 - 20:54 222
Almaniyanın Münhen şəhərində Parataekvondo üzrə Avropa çempionatına davam edir.
Qitə çempionatının üçüncü günündə K44 kateqoriyası üzrə 70 kq çəki dərəcəsində mübarizə aparan İmaməddin Xəlilov 1/4 finalda polşalı Labedzki Przemyslaw, yarımfinalda isə gürcüstanlı Giorgi Nikoladze üzərində qələbə qazanaraq finala yüksəlib.
Finalda türkiyəli Yusuf Yünaçtıya məğlub olan İ.Xəlilov karyerasında ikinci dəfə Avropa çempionatının gümüş medalını qazanıb.
Qeyd edək ki, daha əvvəl parataekvondoçumuz Sabir Zeynalov (58 kq) qitə çempionatında gümüş medala layiq görülmüşdü.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı