Paratletika üzrə milli komandamız Paris-2024 Yay Paralimpiya Oyunlarını 3 qızıl, 1 gümüş medalla başa vurub
09 sentyabr 2024 1259
Paris Paralimpiadasında 5 idmançı ilə çıxış edən millimizin heyətində Səid Nəcəfzadə (T12, uzunluğa tullanma), Orxan Aslanov (T13, uzunluğa tullanma) və Lamiyə Vəliyeva (T13, 100 metr qaçış) qızıl medal qazanıb.
Gümüş medalı Lamiyə Vəliyeva T13 kateqoriyasında 400 metr qaçışda əldə edib.
Oloxan Musayev (F55, nüvə itələmə) və Rüfət Rəfiyev (F36, nüvə itələmə) isə yarışı müvaviq olaraq 5-ci və 6-cı pillədə bitirib.
Qeyd edək ki, Paris-2024-də paratletika yarışlarında ümumilikdə 151 ölkə mübarizə aparıb. Paratletika üzrə milli komandamız yekun sıralamada 19-cu olub.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı