Paris-2024: 3x3 basketbol millimiz Kanadaya məğlub oldu
03 avqust 2024 784
Qadınlardan ibarət 3x3 basketbol millimiz Paris-2024 Yay Olimpiya Oyunlarında növbəti oyununu keçirib.
Komandamız qrup mərhələsinin sonuncu qarşılaşmasında Kanada millisi ilə üz-üzə gəlib.
Görüş rəqib komandanın 19:21 hesablı qələbəsi ilə başa çatıb. Məğlubiyyətə baxmayaraq, komandamızın hələ də Pley-inə vəsiqə qazanmaq üçün şansı var. Bunun üçün ABŞ komandası Çin millisinə qalib gəlməlidir.
Qeyd edək ki, yığmamız daha əvvəl İspaniyaya 16:18, Fransaya 10:15, Almaniyaya 8:12 və Avstraliyaya 12:21 hesabı ilə uduzub, ABŞ (20:17) və Çinə (21:19) isə qalib gəlib.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı