Paris-2024: Azərbaycan idmançılarının da Olimpiya medalları bərbad vəziyyətə düşüb
15 yanvar 2025 1082
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya və Paralimpiya Oyunlarında mükafat qazanan 100-dən artıq idmançının qazandığı medallar keyfiyyət səbəbindən geri qaytarılıb.
Təəssüf ki, Azərbaycan idmançıları da bu halla rastlaşıblar. Belə ki, Paris-2024-də gümüş mükafat qazanan taekvondoçu Qaşim Maqomedovun (58 kq) və yunan-Roma güləşi üzrə yarışlarda bürünc medal qazanan Həsrət Cəfərovun (67 kq) da medallarında aşkar edilib.
Paris-2024-də medal qazanan digər mükafatçılarımızın təlim-məşq toplanışında geri qayıtdıqdan sonra onların da medallarının keyfiyyəti yoxlanılacaq. Əgər həmin medallarda da hansısa bir dəyişiklik aşkar edilərsə, medalların geri qaytarılması üçün Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət ünvanlanacaq. Ali qurum müraciəti təsdiqlədikdən sonra medallar yenisi ilə əvəz olunacaq.
Xatırladaq ki, çoxsaylı şikayətlərdən sonra Paris-2024-ün Təşkilat Komitəsi zədə və ya keyfiyyətsizliyə görə şikayət edən bütün idmançıların medallarını dəyişdirəcəyini vəd edib.
Milli Olimpiya Komitəsinin mətbuat xidməti
Bənzər xəbərlər
MOK və ”Visa” arasında tərəfdaşlıq müqaviləsi yenilənib
İyunun 9-da Milli Olimpiya Komitəsi (MOK) və rəqəmsal ödənişlər üzrə ... Ətraflı
Prezident İlham Əliyev Avropa çempionu olan minifutbol üzrə Azərbaycan millisini təbrik edib
Prezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan Azərbaycan ... Ətraflı


