Paris-2024: Azərbaycan medal sıralamasında 16-cı pillədə qərarlaşıb
31 iyul 2024 1307
Azərbaycan Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında medal sıralamasında 16-cı pillədə qərarlaşıb.
Hələlik komandanın aktivində bir qızıl mükafat var.
Cüdoçu Hidayət Heydərov (73 kq) iyulun 29-da olimpiya çempionu adını qazanıb.
Ölkəmizlə birlikdə Yeni Zelandiya, Rumıniya, Sloveniya, Serbiya və Özbəkistan da bir qızıl medalla 16-cıdır.
Qardaş ölkə Türkiyə (1 gümüş, 1 bürünc) 24-cü, Gürcüstan isə 28-ci sıradadır.
İlk "üçlük"də Yaponiya (7 qızıl, 2 gümüş, 4 bürünc), Çin (6 qızıl, 6 gümüş, 2 bürünc) və Avstraliya (6 qızıl, 4 gümüş, 1 bürünc) yer alıblar.
Hələlik 43 ölkə mükafat əldə edə bilib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı