“Paris-2024”: Azərbaycan paraüzgüçüsü növbəti dəfə medal qazanıb
04 sentyabr 2024 1106
Azərbaycan paraüzgüçüsü Raman Saley "Paris-2024" Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.
S12 kateqoriyasında çıxış edən idmançı buna 100 metr məsafəyə sərbəst üzmə üsulunda 53.65 nəticə göstərərək nail olub. O, daha əvvəl S12 kateqoriyasında 100 metr məsafəyə arxası üstə üzmə üsulunda gümüş mükafata layiq görülüb.
Raman Saley Paris Paralimpiadasında daha bir kateqoriyada çıxış edəcək. Təmsilçimiz sentyabrın 7-də S12 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda mübarizə aparacaq.
Qeyd edək ki, hazırda Azərbaycanın aktivində 3 qızıl, 1 gümüş və 2 bürünc medal var.
Bənzər xəbərlər
Dünya çempionatı: Uşanqi Kokauri finala vəsiqə qazanıb
Uşanqi Kokauri Bakıda təşkil olunan cüdo üzrə dünya çempionatının finalına ... Ətraflı
Kənan Nəsibov Bakıda keçirilən dünya çempionatında bürünc medal qazanıb
Azərbaycan cüdoçusu Kənan Nəsibov (+100 kq) Bakıda keçirilən dünya çempionatında ... Ətraflı
