Paris-2024: Boksçumuzun finaldakı rəqibi müəyyənləşdi
04 avqust 2024 818
Boksçumuz Alfonso Dominqesin Paris-2024 Yay Olimpiya Oyunlarının final mərhələsindəki rəqibi müəyyənləşib.
92 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançımız həlledici görüşdə özbəkistanlı Lazizbek Mullojonovla qarşılaşacaq.
Özbəkistanlı boksçu yarımfinalda tacikistanlı Davlat Boltayevə qalib gələrək idmançımıza rəqib olub. Final görüşü avqustun 9-da təşkil olunacaq.
Xatırladaq ki, boksçumuz 1/8 finalda Xulio Sesar la Krusa (Kuba), 1/4 finalda Aybek Oralbaya (Qazaxıstan), yarımfinalda isə Enmanuel Reyes Playa (İspaniya) qalib gələrək finala vəsiqə qazanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı