PARİS-2024: BU GÜN ÜÇ GÜLƏŞÇİMİZ VƏ BİR TAEKVONDOÇUMUZ MÜBARİZƏ APARACAQ
07 avqust 2024 1294
Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunları davam edir.
Bu gün Azərbaycan komandasının 4 idmançısı Oyunlarda mübarizə aparacaq.
Təmsilçilərimizdən üçü yunan-Roma güləşi, biri isə taekvondo yarışlarında qüvvəsini sınayacaq.
Taekvondo yarışlarında ölkəmizi Qaşım Maqomedov təmsil edəcək. 58 kq çəki dərəcəsində dayanq üzərinə çıxacaq idmançımız 1/8 finalda irlandiyalı Cek Uolleylə qarşılaşacaq. İlk mərhələnin görüşlərinə Bakı vaxtı ilə saat 11:48-də start veriləcək.
Yunan-Roma güləşi yarışlarında isə iki idmançımız Həsrət Cəfərov (67 kq) və Rafiq Hüseynov (87 kq) 1/8 final görüşünə çıxacaq. H.Cəfərov ilk mərhələdə misirli Mohamed Elsayedlə qarşılaşacaq. Rafiq Hüseynov isə macarıstanlı David Loşontsi ilə üz-üzə gələcək. 1/8 final mərhələsinin görüşlərinə Bakı vaxtı ilə saat 11:30-da start veriləcək.
Axsam seansında isə yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) bürünc medal uğrunda görüşə çıxacaq. Sənanın rəqibi təsəlliverici qarşılaşmalardan sonra müəyyənləşəcək. Bürünc medal uğrunda görüşlərə Bakı vaxtı ilə saat 19:30-da start veriləcək.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı