Paris-2024: Cüdoçumuz 1/4 finala vəsiqə qazandı
02 avqust 2024 1098
Cüdo üzrə yığma komandamızın üzvü Uşanqi Kokauri Paris-2024 Yay Olimpiya Oyunlarında 1/8 final görüşünə çıxıb. +100 kq çəki dərəcəsində qüvvəsini sınayan cüdoçumuz bu mərhələdə finlandiyalı Martti Pumalainen ilə üz-üzə gəlib.
Rəqibinə ipplonla qalib gələn qələbə cüdoçumuz 1/4 finala vəsiqə əldə edib. İdmançımız yarımfinala vəsiqə uğrunda görüşdə cənubi koreyalı Minjonq Kimlə qarşılaşacaq.
Bənzər xəbərlər
Azərbaycanın 2 boksçusu U-23 Avropa çempionu olub
Azərbaycanın daha bir boksçusu Xorvatiyanın Poreç şəhərində keçirilən U-23 Avropa ... Ətraflı
Fərid Qayıbov İstanbulda Avropa Oyunları ilə bağlı müzakirələrdə iştirak edib
Türkiyənin İstanbul şəhərində IV Avropa Oyunları üzrə Koordinasiya Komissiyasının görüşü ... Ətraflı





