PARİS-2024-DƏ GÜNÜN YEKUNU: AZƏRBAYCAN OLİMPİYA KOMANDASI DÖRDÜNCÜ MEDALINI QAZANIB
08 avqust 2024 589
Azərbaycanın daha dörd təmsilçisi Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında mübarizə aparıb.
Tarixi nəticə ilə yadda qalan gündə Azərbaycanın aktivinə daha bir medal yazılıb.
Yunan-Roma güləşçimiz Həsrət Cəfərov (67 kq) bürünc medal uğrunda qırğızıstanlı Amantur İsmayılovla üz-üzə gəlib. Gərgin keçən mübarizədə idmançımız rəqibinə 8:0 hesabı ilə qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib. Bununla da Həsrət bürünc medalla kifayətlənib.
Azərbaycan bədii gimnastı Zöhrə Ağamirova topla çıxışda 30.200, halqa proqramında 32.500, lentlə hərəkətlərdə 28.400, gürzlərlə nümayiş etdirdiyi performansında isə 26.750 xallıq nəticə göstərib. Gərgin keçən mübarizədə ümumilikdə 117.850 xal toplayan gimnastımız yekun sıralamada 19-cu yeri tutaraq, ilk "onluq"dan kənardan qalıb və finala yüksələ bilməyib.
Eyni idman növündə ölkəmizi təmsil edən Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) mübarizəni erkən başa vurublar.
Daha əvvəl cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Olimpiya çempionu olublar. Taekvondoçu Qaşım Maqomedovun (58 kq) gümüş mükafat qazanıb. Boksçu Alfonso Dominqes (92 kq) finala yüksəlməklə ən azı gümüş medalı təmin edib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.
Bənzər xəbərlər
Eduard Məmmədov 10-cu dəfə dünya çempionu olub
Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində kikboksinqin WAKO versiyası üzrə dünya ... Ətraflı
Azərbaycan idman tarixində ilk: Deflimpiya Oyunlarında gümüş medal
Dünya idman hərəkatının qədim ənənələrindən birinə çevrilən deflimpiya yarışları artıq ... Ətraflı


