Paris-2024: Əliabbas Rzazadə və Osman Nurmaqomedovun ilk rəqibləri müəyyənləşdi
07 avqust 2024 1218
Sabah Paris-2024 Yay Olimpiya Oyunlarında sərbəst güləş yarışlarına start veriləcək.
İlk yaış günündə iki idmançımız Əliabbas Rzazadə (57 kq) və Osman Nurmaqomedov (86 kq) xalça üzərinə çıxacaq.
Bu gün keçirilən püşkatma mərasimində idmançılarımızın ilk rəqiblərinin adlarına aydınlıq gəlib.
Belə ki, Əliabbas Rzazadə 1/8 finalda özbəkistanlı Qulomjon Abdullayevlə qarşılaşacaq. Osman Nurmaqomedovun isə 1/8 finalda ilk rəqibi monqolustanlı Baasanyarqal Byambasuren olacaq.
Qeyd edək ki, sərbəst güləş millimiz Paris-2024-ə 6 idmançı ilə yollanıb.
Bənzər xəbərlər
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər
Azərbaycan cüdoçuları Bakının ev sahibliyi etdiyi böyüklər arasında dünya çempionatında ... Ətraflı
Azərbaycan millisi cüdo üzrə dünya çempionatında Yaponiyaya uduzub
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə ... Ətraflı
.jpeg)