Paris-2024: Futbol yarışlarının bütün iştirakçıları müəyyənləşdi
10 may 2024 1353
Qvineya komandası Paris-2024 Yay Olimpiya Oyunları çərçivəsində keçiriləcək futbol turnirinə son vəsiqənin sahibi olub.
Mayın 9-da Qvineya yığması pley-off qarşılaşmasında İndoneziya millisinə 1:0 hesabı ilə qalib gələrək, bu uğura sahib çıxıb. Bununla da Qvineya futbolu Mexiko-1968-dən sonra ikinci dəfə olimpiadada iştirak edəcək.
Məlumat üçün bildirək ki, Paris-2024 Yay Olimpiya Oyunlarının futbol turnirində Argentina, Dominikan Respublikası, Misir, Fransa, İraq, İsrail, Yaponiya, Mali, Mərakeş, Yeni Zelandiya, Paraqvay, İspaniya, Ukrayna, ABŞ və Özbəkistan milli komandaları mübarizə aparacaqlar.
Bənzər xəbərlər
Prezident İlham Əliyev "Sabah" futbol klubunu təbrik edib
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında "Sabah" futbol komandasının UEFA ... Ətraflı
“Böyük Tənəffüs” İdman layihəsi uğurla başa çatdı
Böyük Tənəffüs” idman layihəsi Olimpiya Mədəniyyəti və Təhsili Proqramı (OCEP) ... Ətraflı